“Xəzər Lənkəran”a qarşı oynamış hücumçu: Azərbaycanla oyunda qələbə qazanmalıyıq
03.09.2014 - 10:42
“Xəzər Lənkəran”a qarşı oynamış hücumçu: Azərbaycanla oyunda qələbə qazanmalıyıq

İsrailin 21 yaşadək futbolçulardan ibarət millisi bu gün yığmamızla Avropa çempionatının seçmə mərhələsinin cavab görüşündə üz-üzə gələcək. Apasport.az saytının məlumatına görə, qarşılaşma İsrail üçün daha çox önəm kəsb edir.

 

Çünki bu komanda qitə birinciliyində iştirak etməyə yaxındır. Hazırda 12 xalla II pillədə olan İsrail millisi qələbə qazanacağı halda pley-offa vəsiqəni rəsmiləşdirəcək.

 

3 il əvvəl Avroliqada Təl-Əviv “Makkabi”sində “Xəzər Lənkəran”a qarşı start heyətində meydana çıxmış Moanes Dabur bu gün keçiriləcək qarşılaşma haqqında fikirlərini bildirib. Bu ildən İsveçrənin “Qrasshopper” klubunda çıxış edən hücumçu Azərbaycan və Makedoniya ilə görüşlərdə mütləq qələbə qazanmalı olduqlarını söyləyib: “Biz çətin tapşırıqla üz-üzəyik. Azərbaycanla oyunda qələbə qazanıb bu tapşırığın öhdəsindən gəlməliyik. Hesab edirəm ki, bizdə bunu bacaracaq güc var”.

 

Qeyd edək ki, 22 yaşlı Moanes Dabur ötən ilin sentyabrın 8-də Netanyada keçirilən ilk qarşılaşmada 3-cü dəqiqədə hesabı açan futbolçu olmuşdu. İsrailin 7:2 hesabı ilə qalib gəldiyi oyunda Dabur dubl etmişdi.