Topaz Premyer Liqasının XX turunda keçiriləcək “Xəzər Lənkəran” – “Neftçi” oyunu meydan sahiblərinin baş məşqçisi Mustafa Dənizlinin “Böyük oyun”larda debütü ilə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, türkiyəli mütəxəssis 2013-cü ilin sonlarında baş məşqçisi təyin olunduğu cənub klubunu ilk dəfə paytaxt təmsilçisi önünə çıxaracaq.
Dənizli lənkəranlıları bu matçlara çıxaran 10-cu çalışdırıcı olacaq. Əvvəlki 31 dueldə “Xəzər Lənkəran”ı 9, “Neftçi”ni 11 mütəxəssis meydana çıxarıb. İndiyədək “Böyük oyun”da komandasına rəhbərlik edən 19 məşqçidən biri – Ağasəlim Mircavadov hər iki klubda buna nail olub. Bu isə o deməkdir ki, Dənizli prinsipial qarşılaşmaların iştirakçısı olacaq 20-ci mütəxəssisdir. Türkiyəli həm də 10-cu legioner məşqçidir.
Mircavadov həm də hamıdan çox – 13 belə matçda iştirak edib. Bir komandanı ən çox “Böyük oyun”a çıxaranlar isə buna 8 dəfə nail olub. Bunlar “Neftçi”də Arif Əsədov, “Xəzər Lənkəran”da isə Mirça Redniklə Ağasəlim Mircavadovdur. Fevralı 9-da 8-ci dəfə “ağ-qaralar”ı Lənkəran təmsilçisi önünə çıxaracaq Böyükağa Hacıyev də 8-ə çatacaq.
“Xəzər Lənkəran”ın “Böyük oyun”lardakı məşqçiləri
|
Mirça Rednik |
8 |
3 |
4 |
1 |
9-11 |
13 |
|
Ağasəlim Mircavadov |
8 |
2 |
4 |
2 |
3-3 |
10 |
|
Con Toşak |
4 |
1 |
2 |
1 |
3-5 |
5 |
|
Rasim Kara |
4 |
1 |
1 |
2 |
5-5 |
4 |
|
Yunis Hüseynov |
3 |
1 |
1 |
1 |
3-3 |
4 |
|
Karles Martorell |
1 |
1 |
0 |
0 |
2-1 |
3 |
|
Viktor Pasulko |
1 |
0 |
1 |
0 |
2-2 |
1 |
|
Şenol Fidan |
1 |
0 |
0 |
1 |
0-1 |
0 |
|
İqor Ponomaryov |
1 |
0 |
0 |
1 |
1-2 |
0 |
“Neftçi”nin “Böyük oyun”lardakı məşqçiləri
|
Ağasəlim Mircavadov |
5 |
3 |
2 |
0 |
8-5 |
11 |
|
Böyükağa Hacıyev |
7 |
2 |
2 |
3 |
9-6 |
8 |
|
Arif Əsədov |
8 |
0 |
6 |
2 |
6-8 |
6 |
|
Nazim Süleymanov |
1 |
1 |
0 |
0 |
4-1 |
3 |
|
Qurban Qurbanov |
2 |
1 |
0 |
1 |
2-2 |
3 |
|
Vlastimil Petrjela |
1 |
1 |
0 |
0 |
1-0 |
3 |
|
Böyükağa Ağayev |
1 |
1 |
0 |
0 |
2-1 |
3 |
|
Vaqif Sadıqov |
2 |
0 |
2 |
0 |
0-0 |
2 |
|
Tərlan Əhmədov |
2 |
0 |
1 |
1 |
1-2 |
1 |
|
Anatoli Demyanenko |
1 |
0 |
0 |
1 |
0-1 |
0 |
|
Hans-Yurgen Gede |
1 |
0 |
0 |
1 |
0-2 |
0 |
Qeyd: penaltilər seriyası cədvəldə nəzərə alınmayıb.