Topaz Premyer Liqasının XV turu çərçivəsində “Qəbələ” ilə qarşılaşacaq “Xəzər Lənkəran” bu oyunun hazırlıqlarını Bakıda davam etdirir. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi bu gün səhər məşqini tam heyətlə keçməyib.
Düzdü, zədəli futbolçulardan Alfred Sanko artıq kollektivə qoşulub. Ondan fərqli olaraq, Rauf Əliyev yüngül qaçışla kifayətlənib. Adrian Skarlatake isə həkim nəzarəti altında müayinəsini davam etdirir. Həm Rauf Əliyev, həm də Adrian Skarlatakenin “Qəbələ” ilə qarşılaşmanı buraxacağı dəqiqdi.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Qəbələ” oyunu dekabrın 7-də “Bayıl Arena”da keçiriləcək.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı