“Xəzər Lənkəran”da ciddi itkilər
02.04.2015 - 10:38
“Xəzər Lənkəran”da ciddi itkilər

“Xəzər Lənkəran” Topaz Premyer Liqasının XXVII turunu 3 xalla başa vursa da, “Sumqayıt” üzərində qazanılan qələbəyə doyunca sevinə bilməyib. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar” iki aparıcı futbolçunu itirib.

 

Matçın 82 və 85-ci dəqiqələrində sarı vərəqə alan Alfred Sanko ilə Sadio Tounkara cəzalı duruma düşüb. Hər iki afrikalı yarımmüdafiəçi bununla 4 sarı vərəqə limitini doldurub. Bu isə o deməkdi ki, Sanko və Tounkara “İnter”lə XXVIII tur matçını buraxacaq.

 

Əlavə edək ki, Tounkara cari mövsüm 4, Sanko isə 8 sarı vərəqə ilə cəzalanıb. Yəni sierra-leoneli futbolçu ikinci dəfədi ki, cəzalı duruma düşür.

 

Qeyd edək ki, “İnter” – “Xəzər Lənkəran” oyunu aprelin 5-də baş tutacaq.