“Xəzər Lənkəran”da iki itki
05.09.2014 - 08:57
“Xəzər Lənkəran”da iki itki

Topaz Premyer Liqasının V turunda səfərdə “Neftçi”nin qonağı olacaq “Xəzər Lənkəran” Bakıda hazırlıqları davam etdirir. Apasport.az xəbər verir ki, “ağ-yaşıllar” artıq iki gündür ki, məşqlərə start versə də, komandada bir neçə itki var.

 

Milli komandalarda olan, Rahid Əmiruqliyev, Rasim Ramaldanov, Rauf Əliyev və Alfred Sankodan başqa heyətdə çatışmazlıqlar var. Orxan Sadıqlının zədəli olması öncədən bəlli idi. Cənub klubunda zədəlilər sırasına daha bir nəfər qoşulub. Belə ki, komandanın aparıcı üzvü rumıniyalı mərkəz müdafiəçisi Adrian Skarlatake də zədə səbəbindən heyətdən ayrı düşüb. O, hazırda fərdi məşqlərlə kifayətlənir. Rumıniyalı müdafiəçinin “Neftçi” ilə oyunda meydana çıxmamaq ehtimalı da var.

 

“Xəzər Lənkəran”ın məşqlərində iştirak etməyən digər futbolçu isə braziliyalı yarımmüdafiəçi Fernando Qabrieldir. Milli komandaların oyunları olduğu üçün yaranan fasilədən istifadə edən “sambaçı” ölkəsinə yollanıb.