[b]“Xəzər Lənkəran”dan qaçan futbolçu “Levski”də! [/b]
19.12.2014 - 15:09
[b]“Xəzər Lənkəran”dan qaçan futbolçu “Levski”də!  [/b]

“Xəzər Lənkəran”dan icazəsiz ayrılaraq, ölkəsinə yollanan Qalin İvanov özünə yeni komanda tapıb. Apasport.az saytının Bolqarıstan mətbuatına istinadən məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi hazırda Sofiya “Levski”sinin düşərgəsindədi.

 

Bu xəbəri “Levski”nin idman direktoru Georgi İvanov da təsdiqləyib. Klub rəsmisi bildirib ki, qış fasiləsində 3 oyunçu heyətə cəlb edəcəklər və onlardan da biri İvanovdu. Həmçinin, “Lokomotiv”in (Sofiya) qapıçısı Bojidar Mitrevin “Levski”yə qayıtması və “Çerno More”nin müdafiəçisi Aleksandr Aleksandrovun da transferi gündəmdədi.

 

Qeyd edək ki, bolqarıstanlı legionerin “Xəzər Lənkəran”la müqaviləsi mövsümün sonuna qədərdi.