“Xəzər Lənkəran”da zədəlilərin taleyinə aydınlıq gəldi
12.12.2014 - 12:18
“Xəzər Lənkəran”da zədəlilərin taleyinə aydınlıq gəldi

Topaz Premyer Liqasının XVI turu çərçivəsində “Bakı”nın qonağı olacaq “Xəzər Lənkəran” qarşılaşmanın təbii örtükdə keçiriləcəyini nəzərə alıb məşqlərini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında davam etdirir. Klubdan apasport.az saytına verilən məlumata görə, cənub təmsilçisi bu görüşə ciddi itkilərlə çıxacaq.

 

Hazırda heyətdə 3 zədəli oyunçu var. Bunlar Rasim Ramaldanov, Adrian Skarlatake və Rauf Əliyevdi. İlk iki futbolçunun əzələsi dartılıbsa, Əliyevin diz oynağında problem var. Hər 3 oyunçu hələ də fərdi məşqlərlə kifayətlənir. Onların “Bakı” ilə qarşılaşmanı buraxacaqları dəqiqdi.

 

Qeyd edək ki, “Bakı” – “Xəzər Lənkəran” oyunu dekabrın 14-də keçiriləcək.