“Xəzər Lənkəran”dan ABŞ klubuna?
20.05.2014 - 16:36
“Xəzər Lənkəran”dan ABŞ klubuna?

“Xəzər Lənkəran”la müqaviləsinin müddəti başa çatan Alvaro Silva ABŞ çempionatında oynaya bilər. Bu barədə apasport.az saytına futbolçunun meneceri Marko Kırdəmir məlumat verib. O, müştərisinə okeanın o tayından dəvət olduğunu bildirib: “Alvaroya ABŞ-dan dəvət var. Onu Türkiyədə də görə bilərik. Hələlik danışıqlar gedir. İyunun sonunda hər şeyə aydınlıq gələcək”.