[b]“Xəzər Lənkəran”dan qovulan futbolçu "qol orucu”nu pozdu[/b]
29.09.2014 - 00:41
[b]“Xəzər Lənkəran”dan qovulan futbolçu "qol orucu”nu pozdu[/b]

"Xəzər Lənkəran"dan ayrılaraq qardaş ölkə Türkiyənin "Samsunspor" klubu ilə müqavilə imzalayan Mbilla Etame yeni komandasında “qol orucu”nu pozub. Apasport.az saytının məlumatına görə, kamerunlu hücumçu PTT I Liqasının IV turunda səfərdə "Kayserispor"la oyunda fərqlənib.

 

Hesabda geri olan Samsun təmsilçisini məğlubiyyətdən Etame xilas edib. Meydana start heyətdə çıxan və sona qədər mübarizə aparan "Xəzər Lənkəran"ın sabiq forvardı matçın 68-ci dəqiqədə hesabı bərabərləşdirərək, komandasına 1 xal qazandırıb.

 

Qeyd edək ki, Mbilla Etame avqustun 28-də keçirilən "Simurq" - "Xəzər Lənkəran" (2:0) qarşılaşmasından sonra Lənkəran klubundan ayrılıb. Cənub təmsilçisinin heyətində 41 oyunda meydana çıxaraq, 15 qola imza atan kamerunlu futbolçu “transfer pəncərəsin”in son günündə "Samsunspor"la müqavilə bağlayıb. O, yeni komandasının heyətində 3 matçda forma şansı əldə edib.