Sabah Topaz Premyer Liqasında son turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, Mustafa Dənizlini istefaya göndərən “Xəzər Lənkəran” çempion “Qarabağ”la mərkəzi arenada qarşılaşmaqla cari mövsümə yekun vuracaq.
İndi “başsız” qalmış “Xəzər Lənkəran”ı Ağdam təmsilçisi önünə kimin çıxaracağı maraqla gözlənilir. Əldə etdiyimiz son bilgiyə görə, Dənizli bu gün ölkəmizi tərk etməli olsa da, onun köməkçisi Oğuz Çətin hələ Bakıda olacaq. Böyük ehtimalla, məhz Çətin “Xəzər Lənkəran”ı oyuna çıxaracaq.
Qeyd edək ki, Oğuz Çətinin meydana çıxardığı 4 görüşdə “Xəzər Lənkəran” hələ məğlubiyyət üzü görməyib. Cənublular 4 qarşılaşmada 3 qələbə və 1 heç-heçə edib.