“Xəzər Lənkəran”ın 2 futbolçusu Almaniyaya gedir
09.07.2014 - 11:34
“Xəzər Lənkəran”ın akademiyasının iki yetirməsi Almaniyaya gedəcək. Apasport.az saytının məlumatına görə, İbrahim Qədirzadə və Yusif Həsənov 16 yaşadək futbolçulardan ibarət milli komandamızdan dəvət alıb.
Onlar Təbriz Həsənovun başçılıq etdiyi komanda ilə birgə sabahdan Almaniyanın Duysburq şəhərində təşkil olunacaq toplanışda iştirak edəcək. U-16 orda iyulun 21-dən 27-dək beynəlxalq turnirin də iştirakçısı olacaq.
Qeyd edək ki, hələ AFFA U-16-nın tam heyətini və komandamızın hansı turnirdə iştirak edəcəyini açıqlamayıb.
0
0