[b]“Xəzər Lənkəran”ın növbəti rəqibləri məlum oldu[/b]
18.07.2015 - 00:24
[b]“Xəzər Lənkəran”ın növbəti rəqibləri məlum oldu[/b]

Yeni mövsüm hazırlıqlarını Türkiyənin Kapadokiya bölgəsində davam etdirən “Xəzər Lənkəran”ın növbəti hazırlıq oyunu keçirəcəyi rəqiblərinin kimliyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, cənublular Türkiyənin həvəskarlar liqasında iştirak edən “Antalya Kundu Spor” və Superliqa təmsilçisi “Kayserispor”la qarşılaşacaqlar.

 

İlk matç bu gün, Bakı vaxtı ilə saat 20:00-da klubun yerləşdiyi otelin stadionunda oynanılacaq.

 

“Kayserispor”la qarşılaşma isə iyulun 21-də baş tutacaq.

 

Bu matçlara qədər Yunis Hüseynovun yetirmələri artıq iki görüşdə gücünü sınayıb.

 

Xatırladaq ki, ilk iki oyunda “Xəzər Lənkəran” “Niğdespor”a qalib gəlib (1:0), Super Liqa təmsilçisi “Kasımpaşa”ya isə məğlub olub (0:2).