“Xəzər Lənkəran”ın ilk rəqibi kim olacaq?
11.07.2014 - 16:25
“Xəzər Lənkəran”ın ilk rəqibi kim olacaq?

Sloveniyada təlim-məşq toplanışını davam etdirən “Xəzər Lənkəran” iyulun 13-də yoxlama görüşü keçirəcək. Apasport.az xəbər verir ki, “ağ-yaşıllar”ın Ukraynanın “Karpatı” klubu ilə qarşı-qarşıya gələcəyi gözlənilir. Lakin rəqib dəyişə də bilər.

 

Cənub təmsilçisi ikinci yoxlama görüşünü Sloveniyanın “Mura 05” klubu ilə keçirəcək. Bu matçın tarixi hələ dəqiqləşməyib.

 

 “Xəzər Lənkəran”nın təlim-məşq toplanışı zamanı daha bir rəqibi Rusiyanın “Mordoviya” klubu olacaq. Komandalar arasında oyun iyulun 18-də baş tutacaq. “Ağ-yaşıllar” ümumilikdə 5 yoxlama matçı keçirmək fikrindədir. Digər komandaların adlarına isə yaxın günlərdə aydınlıq gələcək.