“Xəzər Lənkəran”ın qapıçısı “Böyük oyun”u buraxacaq
17.01.2015 - 15:21
“Xəzər Lənkəran”ın qapıçısı “Böyük oyun”u buraxacaq

“Türkiyədəki əməliyyatım uğurlu keçdi. Həkimlər tezliklə məşqlərə başlaya biləcəyimi dedilər”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın qapıçısı Orxan Sadıqlı deyib.

 

Yanvarın 10-da Ankarada “mensk” əməliyyatı keçirən Sadıqlı ordan birbaşa Azərbaycana qayıdıb. 22 yaşlı qolkiper hazırda Antalyada olan “ağ-yaşıllar”ın qış təlim-məşq toplanışını buraxmaq məcburiyyətində qalacaq. O, hətta bir neçə çempionat oyununda iştirak edə bilməyəcəyini də bildirib: “10 gün evdə müalicə almalıyam. Bundan sonra yüngül məşqlərə başlayacam. 3-4 gün fərdi məşq etdikdən sonra kollektivə qoşulacam. Amma çox güman ki, Premyer Liqada ikinci yarının ilk 3 oyununu buraxmalı olacam”.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” qış fasiləsindən sonrakı ilk 3 turda müvafiq olaraq “Simurq”, “İnter” və “Böyük oyun”da “Neftçi” ilə qarşılaşacaq.