“Xəzər Lənkəran”ın üstünlüyü
22.05.2014 - 12:03
“Xəzər Lənkəran”ın üstünlüyü

Topaz Premyer Liqasında XXXVI turun ən yaxşı futbolçusu və rəmzi komandası açıqlanıb. Apasport.az saytının məlumatına görə, “InStat Football” şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik göstəricilərdə mövsümün son turunun ən yaxşı oyunçusu adına “İnter”in futbolçusu Dieqo Madriqal layiq görülüb.

 

Rəmzi yığmada isə çempion “Qarabağ”ı məğlub edən “Xəzər Lənkəran” say üstünlüyü qazanıb. Cənubluların 4 üzvü “11-liy”ə daxil edilib.

 

Qapıçı – Pavel Doroşev (Neftçi)

Müdafiəçilər – Vanderson Skarduelli (Xəzər Lənkəran), Tyeqo de Xesus (Xəzər Lənkəran), Maksim Medvedev (Qarabağ), Tural Cəlilov (Xəzər Lənkəran)

Yarımmüdafiəçilər – Fuad Bayramov (İnter), Benjamin Lambot (Simurq), Elnur Abdullayev (Xəzər Lənkəran), Vüqar Nadirov (Qarabağ)

Hücumçular – Dieqo Madriqal (İnter), Aydın Qasımov (AZAL)

 

Mənbə: pfl.az