“Xəzər Lənkəran” XV turda qarşılaşacağı “Qəbələ” ilə oyunun hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, komanda bu gün saat 11:00-da “Bayıl Arena”da məşqə çıxıb.
İsinmə hərəkətlərindən sonra cənublular iki yerə bölünərək baş məşqçi Oğuz Çətin və onun köməkçisinin sərəncamına keçiblər. Türkiyəli mütəxəssis bir gün əvvəlki məşqdə olduğu kimi bu dəfə də daha çox müdafiəyə diqqət ayırıb, Mustafa Əskisoy isə futbolçularla hücumların sona çatdırılması yönümündə çalışmalar və qapılara zərbələr üzərində işləyib. Bir saat 20-dəqiqə davam edən hazırlıq prossesi iki tərəfli oyunla yekunlaşıb.
Rauf Əliyev meydançanın kənarında qaçışla kifayətlənibsə, Alfred Sanko və qapıçı Vyekoslav Tomiç artıq komanda ilə birgə məşq ediblər.
Qeyd edək ki, “Xəzər Lənkəran” dekabrın 5-də də məşqə çıxacaq.
12cioyuncu.info
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı