Xaqani Məmmədov ittihama ittihamla cavab verdi
10.02.2014 - 17:12
Xaqani Məmmədov ittihama ittihamla cavab verdi

“Güloğlan Cabbarov 2002-ci ildə harada olub ki, mənim işimə qiymət verir? Kimin ağlına nə gəlir, onu da danışır”. Bu sözləri apasport.az saytına AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.

 

“Neftçi” klubun rəsmisi Güloğlan Cabbarov “facebook”dakı profilində Məmmədova “ilişib”. O, “kimlər ki, bunların “zakaz”larını yerinə yetirmirlər, onları ləkələyib, futboldan silirlər” – söyləməklə, hakimlərin sifariş yerinə yetirdiklərinə işarə vurub.

 

Məmmədovun bu ağır ittihama cavabı belə olub: “Kənarda qalanlara niyə belə ürəyi yanır ki? Yəqin həmin adamlar elə “Neftçi”nin sifarişlərini yerinə yetirənlərdir”.