Milli çempionatlarda cari mövsüm ən az qol buraxan komandaların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, cədvələ hər qarşılaşmada orta hesabla 0,50-dən az top buraxanlar daxil edilib.
Siyahıya Almaniya Bundesliqasındakı 17 görüşdə 4 top buraxan “Bavariya” başçılıq edir. Münhen təmsilçisi hər görüşdə 0,24 qol buraxır. “Fehervar” (Macarıstan) 0,35, “İstanbul BB” (Türkiyə) 0,36-ya bərabər göstərici ilə ilk “üçlük”də yer alıb.
Cədvələ Azərbaycan klubu “İnter” də daxildir. İki adlı-sanlı komanda – “Barselona” (İspaniya), “Yuventus” (İtaliya), həmçinin “Sparta” (Çexiya) və “Milsami” (Moldova) ilə eyni göstəriciyə malik bakılılar 16 oyunda 7 top buraxıb. Orta hesabla 0,44 qol buarxan “5-lik” ümumi siyahıda 8-12-ci yerlərə şərikdi.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı