“Yuventus” Alleqri ilə ilk oyunda həvəskar komandaya uduzdu
26.07.2014 - 02:42
“Yuventus” Alleqri ilə ilk oyunda həvəskar komandaya uduzdu

 

“Yuventus” klubu Massimiliano Alleqrinin başçılığı altında ilk oyununu uduzub. Apasport.az saytının məlumatına görə, “qoca sinyora” “Luçento” adlı həvəskar komandaya 3:2 hesabı ilə məğlub olub.

 

“Yuventus”un heyətində hər iki qolu ispaniyalı hücumçu Fernando Loryente vurub. Onu da qeyd edək ki, Alleqri ikinci hissədə argentinalı yarımmüdafiəçi Roberto Parreyranı meydana buraxıb. Parreyra elə dünən icarə əsasında “Udineze”dən “Yuventus”a keçib.

 

 

0