“Yuventus” Danilo D'Ambrosio üçün danışıqlara başladı
23.01.2014 - 21:58
“Yuventus” Danilo D'Ambrosio üçün danışıqlara başladı

“Yuventus” iki ildir ki heyətinə qatmaq istədiyi “Torino”nun futbolçusu Danilo D'Ambrosio üçün danışıqlara başlayıb. Apasprot.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin təmsilçisi bu keçidi qış fasiləsində reallaşdırmaq istəyir.

 

Belə ki, 25 yaşlı müdafiəçinin də klubdan ayrılmaq istədiyi deyilir. Çünki, o, cari mövsümün sonu başa çatacaq müqaviləsini yeniləməkdən imtina edib.

 

Qeyd edək ki, italiyalı futbolçunu digər A Seriyası təmsilçiləri “İnter” və “Milan” da transfer etmək istəyir.