“Yuventus” Evraya yeni müqavilə təklif etdi
12.01.2016 - 18:45
“Yuventus” Evraya yeni müqavilə təklif etdi

“Yuventus” rəhbərliyi komandanın təcrübəli futbolçularından olan Patris Evra ilə əməkdaşlığı davam etdirmək niyyətindədi. Apasport.az saytı İtaliya mətbuatına istinadən xəbər verir ki, “qoca sinyora” fransalı müdafiəçi ilə danışıqlara başlayıb.

 

Turinlilər Evraya 2017-ci ilin yayına qədər nəzərdə tutulan yeni sözləşmə təklif ediblər. 34 yaşlı futbolçunun hazırkı anlaşmasının müddəti bu mövsümün sonunda başa çatacaq. Məhz bu səbəbdən “Yuventus” rəhbərliyi indidən Evranın razılığını almaq fikrindədi.

 

Müdafiəçinin bu təklifə “hə” cavabı verəcəyi gözlənilir.