“Yuventus” Konte ilə müqaviləni yeniləyir
06.02.2014 - 00:18
“Yuventus” baş məşqçisi Antonio Konte ilə müqaviləni yeniləməyə hazırlaşır. Apasport.az-ın məlumatına görə, bu barədə İtaliyanın “gazzetta” saytı xəbər yayıb.
Belə ki, Turin klubu 44 yaşlı mütəxəssislə müqavilənin müddətini 2017-ci ilin yayınadək uzatmağı planlaşdırır.
Qeyd edək ki, Konte 2011-ci ildən İtaliya təmsilçisini çalışdırır. Onun cari sözləşməsinin müddəti 2015-ci ildə başa çatacaq.
0
0