“Yuventus” müdafiəçisi ilə müqaviləni yenilədi
13.01.2015 - 21:01
“Yuventus” müdafiəçisi ilə müqaviləni yenilədi

“Yuventus” müdafiəçisi Ştefan Lixtştaynerlə müqavilənin müddətini uzadıb. Apasport.az saytının məlumatına görə, 30 yaşlı futbolçu daha 2 il “Qoca Sinyora”nın uğurları üçün tər tökəcək.

 

Belə ki, Turun klubu Lixtştaynerlə 2016/2017 mövsümünün sonuna qədər “nigah” bağlayıb. Yeni razılaşmanın maliyyə şərtləri isə hələ açıqlanmayıb.

 

Qeyd edək ki, 2011-ci ildə “Latsio”dan “Yuventus”a keçən Ştefan Lixtştayner 134 matçda 11 qol vurub.