“Yuventus” müdafiəçisi ilə müqaviləni yeniləyir
06.02.2014 - 20:58
“Yuventus” təcrübəli müdafiəçisi Andrea Bartsali ilə müqaviləni yeniləyəcək. Apasport.az saytının xəbərinə görə, bu barədə yerli mətbuata danışan 32 yaşlı futbolçunun menecer Kladio Orlandini məlumat verib.
Orlandini hazırda Turin klubu ilə danışıqların davam etdiyini və bu prosesin müsbət nəticələnəcəyini deyib: “Hazırda müqavilənin uzadılması məsələsini müzakirə edirik. Tezliklə razılaşma əldə olunacağına ümidimiz çoxdur”.
Qeyd edək ki, İtaliya millisinin də üzvü olan Bartsali 2011-ci ildə Almaniya “Volfsburq”undan “Yuventus”a keçib.
0
0