“Yuventus” Tevezə əvəzləyici axtarır
02.01.2015 - 13:18
“Yuventus” Tevezə əvəzləyici axtarır

“Yuventus” mövsümün sonunda aparıcı futbolçusu Karlos Tevezlə yolları ayıra bilər. Apasport.az saytının məlumatına görə, buna səbəb kimi argentinalı hücumçunun “qoca sinyora” ilə müqaviləsini yeniləmək istəmədiyi göstərilir.

 

Bundan sonra hərəkətə keçən Turin klubu Tevezə əvəzləyici axtarışına çıxıb. Rəhbərlik indidən bir neçə futbolçu ilə danışıqlara başlayıb. Hələlik həmin oyunçuların adları açıqlanmır.

 

Qeyd edək ki, Tevez 2013-cü ildən “Yuventus”da çıxış edir. O, italyan klubunun heyətində bu vaxta qədər 71 oyunda 37 qola imza atıb.