“Yuventus” və “Roma” baş məşqçisiz qaldı
16.12.2014 - 17:51
“Yuventus” və “Roma” baş məşqçisiz qaldı

İtaliya A seriyasının ilk iki pilləsində qərarlaşan “Yuventus” və “Roma” baş məşqçisiz qalıblar. Apasport.az saytının məlumatına görə, buna səbəb adıçəkilən klubların çalışdırıcılarının diskvalifikasiya edilməsidi.

 

“Roma”nın baş məşqçisi Rudi Qarsiya “Cenoa” ilə son qarşılaşmanın (1:0) ardından tunel nəzarətçisinin üstünə hücum çəkdiyi üçün iki oyunluq cəza alıb. Onun “Yuventus”dakı həmkarı Massimiliano Alleqri isə “Sampdoriya” (0:0) ilə görüşdə hakimə çılğın şəkildə etiraz etdiyi üçün bir oyunluq diskvalifikasiyaya məruz qalıb.

 

Qeyd edək ki, “Roma” qarşıdakı iki turda “Milan” və “Udineze” ilə, “Yuventus” isə həftəsonu “Kalyari” ilə qarşılaşacaq.