“Yuventus”da ciddi itki: Avropa Çempionatını buraxa bilər
17.04.2016 - 19:57
“Yuventus”da ciddi itki: Avropa Çempionatını buraxa bilər

“Yuventus” yarımmüdafiəçi Klaudio Markizionu itirib. Apasport.az saytının məlumatına görə, İtaliya A seriyasının 33-cü turunda “Palermo” ilə oyunda zədələnən futbolçu matçın 15-ci dəqiqəsində meydanı tərk etməli olmuşdu.

 

Matçdan sonra “qoca sinyora”nın baş məşqçisi Massimiliano Alleqri zədənin ciddi olduğunu deyib.

 

“SKY Sport İtalia” isə oyunçunun dizində çarpaz bağların qırıldığını iddia edib. Ən dəqiq diaqnoz isə müayinələrdən sonra qoyulacaq. Əgər bu iddia öz təsdiqini tapsa, Markizio İtaliya millisi ilə Avropa çempionatında çıxış edə bilməyəcək.

0