“Yuventus”un hücumçusu sıradan çıxdı
14.02.2014 - 01:28
“Yuventus”un hücumçusu sıradan çıxdı

“Yuventus”un təcrübəli hücumçusu Mirko Vuçiniç növbəti oyunlarda komandasına kömək edə bilməyəcək. Apasport.az-ın xəbərinə görə, bu barədə klub saytı məlumat yayıb.

 

Belə ki, 30 yaşlı hücumçu məşq zamanı zağ dizindən xəsarət alıb. Tibbi müayinədən keçən təcrübəli forvardın bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı deyilir.

 

Qeyd edək ki, Çernoqoriya millisinin də üzvü olan Vuçiniç 2011-ci ildə “Roma”dan Turin klubuna transfer olunub. O, cari mövsüm 11 matça çıxıb və 2 qol vurub.