“Yuventus”un liderlərindən olan Andrea Pirlo Çempionlar Liqası ilə bağlı maraqlı açıqlama verib. Apasport.az-ın məlumatına görə, veteran yarımmüdafiəçi ÇL-in favoritləri arasında “Yuve”nin olmadığını bildirməklə diqqət çəkib: “Qrupdan çıxmaq çox vacib idi. Keçirilən oyunları nəzərə alsaq, “pley-off”a vəsiqə qazanmağa layiq idik. Turnirin favoritləri isə “Bavariya”, “Çelsi”, “Barselona” və “Real”dı. Biz bu siyahıda yoxuq. Amma bu o demək deyil ki, bundan sonrakı oyunlarda mübarizə aparmayacağıq”.
Qeyd edək ki, bu gün keçirilən püşkatmadan sonra “Yuventus” Çempionlar Liqasının 1/8 final mərhələsində Dortmund “Borussiya”sına rəqib olub.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı