“Zvezda”nın futbolçusu Bakıda
24.12.2014 - 15:43
“Zvezda”nın futbolçusu Bakıda

Dekabrın 22-dən təlim-məşq toplanışına başlayan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına yeni oyunçu çağırılıb. Apasport.az saytının məlumatına görə, dekabrın 29-dək davam edəcək hazırlıqlarda Ukraynanın “Zvezda” klubunun üzü Anton Krivotsyuk cəlb olunub.

 

Milliləşən legioner Bakıda keçirilən toplanışa qatılan 26 oyunçu sırasında yer alıb: Ömər Buludov, Mustafa Koçayev, Fərid Qarayev (hamısı “Neftçi”), Tamerlan Məcidov, Rauf Kələşov (hər ikisi “Rəvan”), Samir Mehdizadə, Murad Məmmədxanov (hər ikisi “Sumqayıt”), Məhəmməd Əsədov, Cəlal Hüseynzadə, Hafiz Məmmədli (hamısı “Xəzər Lənkəran”), Rüfət Teymurzadə, İsmayıl İbrahim, Orxan Ələkbərov (hamısı AZAL), Famil Camalov (“Bakı”), Aqşin Quluzadə, Asif Vəliyev, İsmayıl Muradov, Kənan Abdullayev, Nadir Qasımov (hamısı “İnter”), Rövlan Muradov, Süleyman Süleymanov, Elvin Həsənov (hamısı “Qəbələ”), Elmar Aslanov, Firuddin Mövsümov (hər ikisi “Simurq”), Ziya Mirzəyev (“Torpedo”, Rusiya), Anton Krivotsyuk (“Zvezda”, Kiyev, Ukrayna).