“Zenit” qızıl dublu rəsmiləşdirdi
12.07.2015 - 23:11
Futbol üzrə Rusiya superkubokunun qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, həlledici görüşdə Sankt-Peterburqun “Zenit” klubu ilə Moskva “Lokomotiv”i ilə qarşılaşıb.
Oyunun əsas vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb.
Əlavə vaxtda da qol olmayınca qalib penaltilər seriyasında müəyyənləşib.
“Lotoreya”nın qalibi isə “Zenit” olub (4:2).
Qeyd edək ki, başa çatan mövsümdə Rusiya Premyer Liqasının qalibi də məhz sankt-peterburqlular olmuşdu.
0
0