[b]“Zenit”in tarixi qələbəsində azərbaycanlı imzası[/b]
17.01.2015 - 00:50
[b]“Zenit”in tarixi qələbəsində azərbaycanlı imzası[/b]

Təlim-məşq toplanışını Qətərdə davam etdirən “Zenit” tarixi qələbəsinə imza atıb. Apasport.az saytının məlumatına görə, Sankt-Peterburq təmsilçisi yerli “Maliya” klubu ilə qarşılaşıb.

 

Matçda ruslar rəqibini darmadağın edib. Görüş 18:0 hesabı ilə “Zenit”in xeyrinə tamamlanıb.

 

Sankt-Peterburqluların heyətində Andrey Arşavin, Denis Tkaçuk, Ramil Şeydayev dubl, Oleq Şatov, Domeniko Krişito və Salomon Rondon het-trik edib. Digər qolları Netu, Aleksandr Kerjakov, Halk, Ryazantsev və Timoşuk vurublar.

 

Qeyd edək ki, Ramil Şeydayev 1996-cı ildə Sankt-Peterburqda anadan olan Azərbaycan əsilli futbolçudu. “Zenit”in yetirməsi olan 18 yaşlı hücumçunun adı milli komandamızla hallanır.