Azərbaycan Premyer Liqasının XXVII turunun ilk oyun günü bir futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, “Zirə”nin futbolçusu Vüqar Mustafayev qarşıdakı turu buraxmalı olacaq.
Mövsümün son turunun AZAL-la görüşündə meydana çıxa bilməyəcək futbolçu üçün çempionatı bitmiş saymaq olar. Buna Vüqarın 12-ci sarı vərəqəsi səbəb olub. “Neftçi” ilə qarşılaşmadakı xəbərdarlıq onun mövsümdə 12-ci belə cəzası olub.
3-cü dəfə cəzalı duruma düşən Mustafeyev mövsümün də antirekorçusudu. Azərbaycan Premyer Liqasının cari mövsümündə bu qədər sarı vərəqə alan olmayıb. 25 matç keçirən futbolçu 1944 dəqiqə meydanda olub ki, orta hesabla hər 162 dəqiqədən bir önündə vərəqə görüb.
- Frankulinyonun "astarı üzündən baha gəldi" – “Trabzonspor” 25 milyon ödəyəcək
- “Barselona”nın 14 yaşlı yeni "qol maşını" – 30 oyunda 96 qol
- Avroliqadan həvəskar liqaya – “Yeni Malatyaspor”un çöküşü
- “Marsel” Genesionu göndərmək istəsə də, "əli-qolu bağlıdır"
- “Valensiya”da yeni baş məşqçi – Xavyer Aqirre yenidən İspaniyada