Asiyanın Çempionlar Liqasının qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Yaponiyanın “Urava Red Daymonds” qitənin ən yaxşısı adını qazanıb.
“Gündoğar ölkə” təmsilçisi həlledici mərhələdə Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunu yenib. Səfərdə 1:1 hesablı bərabərliklə kifayətlənən yaponiyalılar cavab matçına qalib gəlib – 1:0.
Bununla da “Urava Red Daymonds” ikinci dəfə Çempionlar Liqasının ən yaxşısı olub. Onların ilk uğuru 10 il öncə - 2007-ci ildə qeydə alınmışdı. Yaponiya təmsilçisi həm də gələn ay BƏƏ-də keçiriləcək klublararası dünya çempionatına vəsiqə əldə edib.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı