Sabah Azərbaycan millisi AVRO-2016-nın seçmə mərhələsində son oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, yığmamız Sofiyada Bolqarıstan millisi ilə üz-üzə gələcək.
Bu qarşılaşma ilə tsikli başa vuracaq komandamız tarixinin 11-ci seçmə mərhələsini tamamlayacaq. Əvvəlki 10 finişə nəzər salsaq, yığmamız heç vaxt son görüşündə qalib gəlməyib.
Son matçlarından yalnız 3-də qalib gələn millimiz 7 dəfə tsikli məğlubiyyətlə tamamlayıb. Bu oyunlardan ancaq birində qapısını toxunulmaz saxlayan komandamız cəmi 2 dəfə qol sevinci yaşayıb.
Bütün xallarını evdə qazanan futbolçularımız hər iki qolu da öz meydanında vurub. Yığmamız üçün Sofiyada vurulacaq qol da, qazanılacaq xal da finişdə ilk olacaq.
Azərbaycan millisinin seçmə mərhələlərdəki son oyunları
15 noyabr 1995. Trabzon. Azərbaycan – Polşa - 0:0
11 oktyabr 1997. Sürix. İsveçrə – Azərbaycan - 5:0
9 oktyabr 1999. Bakı. Azərbaycan – Slovakiya - 0:1
7 oktyabr 2001. Stokholm. İsveç – Azərbaycan - 3:0
11 oktyabr 2003. Reco di Kalabriya. İtaliya – Azərbaycan - 4:0
12 oktyabr 2005. Kardiff. Uels – Azərbaycan - 2:0
21 noyabr 2007. Bakı. Azərbaycan – Belçika - 0:1
14 oktyabr 2009. Bakı. Azərbaycan - Rusiya - 1:1
11 oktyabr 2011. İstanbul. Türkiyə - Azərbaycan - 1:0
15 oktyabr 2013. Bakı. Azərbaycan – Rusiya - 1:1