Topaz Premyer Liqasının XXIV turunda Azərbaycan çempionunun adına aydınlıq gəlsə də, bombardirlər yarışında ciddi dəyişiklik olmayıb. Apasport.az saytının məlumatına görə, həm çempionatın, həm də bombardirlərin məhsuldarlığının aşağı olduğu Premyer Liqada Baqali Dabonun liderliyi davam edir.
“Qəbələ”nin hücumçusu vur-tut 12 qol vursa da, bu rəqəm bombardirlər yarışında liderlik üçün kifayət edir. Finişə 4 tur qalmış ən yaxın izləyicilərini 4 top qabaqlayan Dabonun zirvəni əldən verməsi də inandırıcı deyil.
Düzdü, “Qəbələ”lini nə az, nə çox – 3 futbolçu izləyir və onlardan birinin finişdə məhsuldarlıq göstərməsi mümkündü. Amma 24 turda 8 dəfə fərqlənənlərin son 4 görüşdə bu fərqi aradan qaldırması nəzəri cəhətdən mümkün göründüyü qədər də çətindi.
Dabonun izləyicilərinə gəlincə, 8 qol vuran 3 oyunçudan ikisi yerli futbolçudu. Mahir Mədətov və Amil Yunanov son turlarda gözlənilməz məhsuldarlığa ümid etməlidi. 2018-ci ildə yetərincə uğurlu çıxış edən İqnasio Errera onlarla müqayisədə daha yaxşı formada olduğu təsiri yaradır.
Ümumiyyətlə, bombardirlər cədvəlinə baxsaq, 5 və daha çox qol vuranların sayı 13-dü. Bu 13 bombardirdən 8-i legionerdisə, yalnız 5 azərbaycanlı futbolçu “5”i fəth edib.
“Qəbələ”, “Zirə” və “Qarabağ”ın üç, “Neftçi” ilə “Sumqayıt”ın iki üzvü 5 və ya daha çox qol vurub. “Keşlə”, “Səbail” və “Kəpəz”də isə bunu bacaran olmayıb.
yer |
futbolçu |
Klub |
qol (pen) |
oyun |
1 |
Baqali Dabo |
Qəbələ |
12 |
23 |
2 |
Mahir Mədətov |
Qarabağ |
8 |
20 |
3 |
İqnasio Errera |
Neftçi |
8 |
24 |
4 |
Amil Yunanov |
Sumqayıt |
8 (1) |
24 |
5 |
Stiven Monroz |
Qəbələ |
7 |
18 |
6 |
Famoussa Kone |
Qəbələ |
6 |
19 |
7 |
Riçard Qadze |
Zirə |
6 |
20 |
8 |
Dino Ndlovu |
Qarabağ |
5 |
13 |
9 |
Vüsal İsgəndərli |
Zirə |
5 |
20 |
10 |
Milan Duriç |
Zirə |
5 (3) |
20 |
11 |
Mirabdulla Abbasov |
Neftçi |
5 |
21 |
12 |
Riçard Almeyda |
Qarabağ |
5 (2) |
21 |
13 |
Cavid İmamverdiyev |
Sumqayıt |
5 |
24 |