[b]12 transferdən 296 milyon avro qazandırdı, klubdan ayrıldı[/b]
31.03.2017 - 17:13
[b]12 transferdən 296 milyon avro qazandırdı, klubdan ayrıldı[/b]

“Sevilya” idman direktoru Ramon Rodriges Verdexo ilə yollarını ayırıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Verdexo əndəlus klubunda çalışdığı müddətdə transfer məsələlərinə nəzarət edib.

 

“Monçi” ləqəbli mütəxəssisin ən böyük özəlliyi futbolçuları gənc yaşda kəşf edib, onların daha sonra qat-qat baha qiymətə satılmalarına şərait yaratmaqdı. Təsadüfi deyil ki, “Monçi”nin “Sevilya”ya qazandırdığı 12 futbolçunun satışından klub 296 milyon avro gəlir əldə edib.

 

Verdexonun kəşf etdiyi və “Sevilya”nın baha qiymətə satdığı 12 oyunçu bunlardı:

 

Dani Alveş - 35 milyon avroya “Barselona”ya (2008-ci il)

Qjeqoj Krıxovyak - 30 milyona PSJ-yə (2016)

Kevin Qameyro - 30 milyona “Atletiko”ya (2016)

Karlos Bakka - 30 milyona “Milan”a (2015)

Serxio Ramos - 27 milyona “Real”a (2005)

Alvaro Neqredo - 25 milyona “Mançester Siti”yə (2013)

Xose Antonio Reyes - 25 milyona “Arsenal”a (2004)

Xesus Navas - 20 milyona “Mançester Siti”yə (2013)

Julio Baptista - 20 milyona “Real”a (2005)

Aleş Vidal - 18 milyona “Barselona”ya (2015)

Alberto Moreno - 18 milyona “Liverpul”a (2014)

İvan Rakitiç - 18 milyona “Barselona”ya (2014)

 

Qeyd edək ki, “Monçi”nin çalışdığı müddətdə “Sevilya” 5 dəfə UEFA Kubokunu (indiki Avropa Liqasını), 2 dəfə İspaniya Kral Kubokunu, 1 dəfə İspaniya Superkubokunu və 1 dəfə Avropa Superkubokunu qazanıb.