Bu gün Bakı Olimpiya Stadionunun tarixində ilk yaşanacaq. Apasport.az saytının məlumatına görə, Azərbaycanın ən böyük idman qurğusu ilk dəfə avrokubok oyununa ev sahibliyi edəcək.
Arenanın ilk belə sınağı Çempionlar Liqasının II turunun “Qarabağ” – “Roma” görüşü olacaq. Bu günədək klubların qitə miqyaslı turnirlərinin matçını qəbul etməyən Bakı Olimpiya Stadionu ilk qarşılaşmada rekord vurmalıdı. Çünki 68700 tamaşaçı tutan arena bu göstəricidə digər arenaları 2 dəfədən artıq qabaqlayır. Anşlaqın gözlənildiyi matçda arena yarıbayarı dolsa da, bu avrokuboklarda ölkə rekordu olacaq.
Bakı Olimpiya Stadionu avrokubok matçı qəbul edən Azərbaycan stadionları siyahısına 13-cü kimi düşəcək. Belə ki, 1994-cü ildə qitə kuboklarında debüt edən klublarımız rəqiblərini indiyədək 12 stadionda qəbul edib. Nəhs – 13-cü olacaq arenadakı debütü uğura boyamaq isə “Qarabağ”ın üzərinə düşür.
Maraqlıdı ki, bu arenaların 6-sı Bakı, 6-sı paytaxtdan kənarı təmsil edir. Bakı Olimpiya Stadionu bu tarazlığı paytaxtın lehinə dəyişəcək.
Klublarımız Sumqayıt, Gəncə, Şəmkir, Lənkəran, İmişli və Qəbələdə avrokubok matçı keçirib. Bakıda isə Tofiq Bəhramov adına Respublika stadionu, “İnter Arena” (əvvəlki “Şəfa”), “Dalğa Arena”, 8-ci km qəsəbə stadionu, “AZAL Arena” və “Bayıl Arena”da belə oyunlar baş tutub.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”