Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, yığmamız 2018-ci ilin ilk yoxlama oyununda Moldova ilə görüşəcək.
Bu, komandamızın 26 illik tarixində 235-ci matç olacaq. İlk oyununu 1992-ci ilin sentyabrın 17-də səfərdə Gürcüstana qarşı keçirib, 3:6 hesabı ilə uduzan komandamız arxada qalan müddətdə 234 qarşılaşmada meydana çıxıb.
Millimiz indiyədək 44 qələbə qazanıb. 62 dəfə heç-heçə edən komandamız 128 məğlubiyyət alıb. Millimiz bu matçlarda 170 dəfə rəqib qapısına yol tapıb. Qapıçılarımız rəqiblərinin 400 qoluna üzülüb.
Komandamız yoldaşlıq oyunları və kiçik turnirlərdə 117-ci sınağına çıxacaq. İndiyədək yığmamız 116 belə görüş keçirib. Hesabında 31 qələbə və 39 heç-heçəsi olan yığma 46 dəfə uduzub. 105 qol vuran milli öz qapısından 149 qol buraxıb.
Moldova ilə görüş yığmamızın baş məşqçisi Qurban Qurbanovun millimizdə ilk sınağı olacaq. O, komandanın tarixinə rəsmi matçda bu vəzifəni icra edən 15-ci mütəxəssis kimi düşəcək.
Qurbanov millinin oyunlarında həm futbolçu, həm baş məşqçi kimi iştirak edənlərin siyahısında 4-cü olacaq. Onadək baş məşqçi Şahin Diniyev, həmçinin bu vəzifəni 1 oyunluq icra edən Nazim Süleymanovla Mahmud Qurbanov da iki ampluada fərqlənmişdi.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"