[b]15 illik həsrət sona çatacaqmı?[/b]
01.04.2017 - 00:29
[b]15 illik həsrət sona çatacaqmı?[/b]

Azərbaycan Premyer Liqasının XXIV turunda “Qarabağ” “Kəpəz”lə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, bu qarşılaşma tərəflər arasında 45-ci oyun olacaq.

 

Əvvəl keçirilmiş 44 oyunun 21-də ağdamlılar, 14-də isə gəncəlilər qələbəyə seviniblər. Daha 9 görüş isə bərabərliklə nəticələnib. Qələbə sayından fərqli olaraq top fərqində kəskin uçurum gözə dəymir – 59:53.

 

Premyer Liqada ardıcıl 19 oyundu ki, “Kəpəz” qələbəyə həsrətdi. “Qarabağ” bu görüşlərin 15-də qələbəyə sevinibsə, 4 oyunda qalib müəyyənləşməyib.

 

Düz 15 ildir qalibiyyətin nə olduğunu bilməyən qərblilər son 8 oyunun hamısında qapısından qol buraxıb.  Sonuncu dəfə 2002-ci il, aprelin 6-da doğma meydanda 3 cavabsız qola sevinən qərblilər o vaxtdan bəri ağdamlılar üzərində üstünlük qura bilməyib.

 

Qeyd edək ki, “Qarabağ” – “Kəpəz” oyunu aprelin 2-də baş tutacaq.