[b]1/8 finalda 8 ölkə təmsilçisi[/b]
11.12.2014 - 09:54
[b]1/8 finalda 8 ölkə təmsilçisi[/b]

Çempionlar Liqasının 1/8 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Apapsort.az saytının məlumatına görə, qrup mərhələsinin yekunlarına əsasən ilk 2 yeri tutanlar qitənin ən nüfuzlu klub turnirində çıxışını davam etdirəcək.

 

Komandalar dekabrın 15-dəki püşkatma zamanı iki səbətə bölünəcək. Bu proses yarışın əsasnaməsinə uyğun aparılıb.

 

Qrup qalibləri 1-ci, ikinci yer sahibləri 2-ci səbətə daxil edilib. 1/8 finalda eyni qrupdan gələn komandalar qarşılaşa bilməz. Bu qayda eyni ölkə təmsilçilərinə də aiddi.

 

Qeyd edək ki, 1/8 finalda 8 ölkə təmsilçisi çıxış edəcək. Almaniya 4, İspaniya, İngiltərə 3, Fransa 2, İtaliya, Portuqaliya, Ukrayna və İsveçrə 1 klubla təmsil olunacaq.

 

I səbət

“Atletiko” (İspaniya)

“Real” (İspaniya)

“Barselona” (İspaniya)

“Borussiya” (D. Almaniya)

“Bavariya” (Almaniya)

“Çelsi” (İngiltərə)

“Monako” (Fransa)

“Porto” (Portuqaliya)

II səbət

“Şaxtyor” (Ukrayna)

“Mançester Siti” (İngiltərə)

“Arsenal” (İngiltərə)

PSJ (Fransa)

“Yuventus” (İtaliya)

“Bayer” (Almaniya)

“Şalke” (Almaniya)

“Bazel” (İsveçrə)