[b]1 qol yetər[/b]
01.06.2017 - 13:31
[b]1 qol yetər[/b]

Madrid “Real”ı yeni rekord müəyyənləşdirməyə yaxındı. Apasport.az saytı xəbər verir ki, “kral klubu” buna Çempionlar Liqasının (ÇL) finalında “Yuventus”la baş tutacaq qarşılaşmada nail ola bilər.

 

Belə ki, dünya nəhəngi bu görüşdə 1 qol vuracağı təqdirdə, ÇL tarixində qollarının sayını 500-ə çatdıracaq. Bununla da, “Real” qitənin ən nüfuzlu klub turnirində 500 qol həddinə çatmış ilk komanda olacaq.

 

Sıralamada ikinci yeri 459 qolla “Barselona”, üçüncü pilləni isə 415 qolla “Bavariya” tutur.

 

"10-luq"dakı digər komandalardan “Mançester Yunayted”in aktivində 350, “Arsenal”da 281, “Yuventus”da 263, “Çelsi”də 249, “Milan”da 231, “Porto”da 218, “Lion”da isə 187 qol var.

 

Çempionlar Liqasında “Real”ın ən çox məyus etdiyi komanda “Bavariya”dı. İspaniya çempionu bu vaxta qədər münhenlilərin qapısından 30 top keçirib. “Ayaks” və “Qalatasaray” isə Madrid təmsilçisinin 20 qoluna mane ola bilməyib. 

0