“At ili mənim üçün nə ilə yadda qaldı? Əsas övladlarımın futbol sahəsindəki uğurları ilə. Həm Kərim, həm də Coşqun ili yaxşı keçirdilər”. Bu sözləri apasport.az saytına açıqlamasında Şahin Diniyev deyib.
Təcrübəli mütəxəssisin fikrincə, 2014-cü ildə Azərbaycan futbolunun ən yaddaqalan hadisələri bunlardı: “Mənfi mənada millimizin seçmə mərhələnin ardıcıl 4 oyununda uduzması yadda qaldı. Müsbət mənada isə təbii ki, “Qarabağ”ın Avroliqadakı çıxışı. Milli bizi məyus etdiyi halda, “Qarabağ” sevindirdi”.
“Qoyun ilindən nə gözləyirsiz” sualına isə Diniyevin cavabı belə olub: “Qoyun, at və ya it ili olmasının heç bir fərqi yoxdu. İnsan gərək özü nəyəsə nail olsun. Millidən 2015-ci ildə uğurlu çıxış gözləyirəm. İnanıram ki, bu ildən fərqli olaraq, növbəti ildə yaxşı nəticə göstərəcək. Klublarımızdan isə ən azı “Qarabağ”ın uğurunu təkrarlamağı istəyirəm”.