[b]2014-cü ilin ən maraqlı sitatları[/b]
25.12.2014 - 14:31
[b]2014-cü ilin ən maraqlı sitatları[/b]

2014-cü ilə yekun vurmaq üzrəyik. Artıq dünyanın əksər ölkələrində fasilə yaranıb, hər kəs istirahətə yollanıb. Dünya çempionatı kimi mötəbər turnirin keçirildiyi bu il bəziləri üçün uğurlu, bəziləri üçün isə uğursuz alındı. İl ərzində milyonlarla açıqlamalar, müsahibələr verildi. Amma təbii ki, onların çox azı yadda qaldı. Bəzi müsahibin bir cümləsi milyonlarla müsahibədən daha maraqlı oldu. Apasport.az saytı da bu yazıda Azərbaycan və dünya futbolunda 2014-cü ilin yadda qalan maraqlı sitatlarını təqdim edir.

 

Yunis Hüseynov (“Xəzər Lənkəran”ın idman direktoru): “Mənə zərbə vurması üçün gərək Sxadadzenin 2 başı ola”

 

İker Kasilyas (İspaniya yığmasının və “Real”ın qapıçısı): “Futbolçu kimi doğulmuşam, futbolçu kimi yaşayıram, futbolçu kimi öləcəm”.

 

Arsen Venger (“Arsenal”ın baş məşqçisi): “Futbol komandası gözəl qadın kimidi. Siz bunu ona deməsəz, gözəl olduğunu unudar”.

 

Babək Quliyev (sabiq FİFA hakimi): “Xaqani Məmmədov qara qüvvədi, düşüb Azərbaycan futboluna”.

 

Pele (futbol kralı): “Messini Tanrı futbolçu etdi, Ronaldonu isə özü”

 

Stiven Cerrard (İngiltərə yığmasının və “Liverpul”un kapitanı): “Braziliyanın Neymarı, Argentinanın Messisi, Portuqaliyanın Ronaldosu, Almaniyanın isə komandası var”.

 

Karluş Keyruş (İran yığmasının baş məşqçisi): “Messi planetin ən güclü futbolçusu ola bilər, əgər insandısa”.

 

Ağasəlim Mircavadov (futbol mütəxəssisi): “Azərbaycanda belədi: uddunsa oyunu almısan, uduzdunsa satmısan”.

 

Dieqo Maradona (əfsanəvi argentinalı futbolçu): “Luis Suares kimisə öldürəcək”.

 

Alessandro del Pyero (əfsanəvi italyan futbolçu): “Messi, yoxsa Ronaldo?” sualı “ata, yoxsa ana?” sualı kimidi”.

 

Erik Kantona (əfsanəvi fransız futbolçu): “Dini, avtomobili və həyat yoldaşını dəyişmək olar, amma futbol klubuna olan sevgini əsla”.

 

Lionel Messi (Argentina yığmasının və “Barselona”nın kapitanı): “Mənim etdiklərim ağılasığmazdı. Amma İnyesta və Xavinin etdikləri daha çətindi”.

 

Böyükağa Hacıyev (futbol mütəxəssisi): “Bizim futbolda əgər bir müqəddəs adam varsa, o da Rövnəq Abdullayevdi”.

 

Joze Mourinyo (“Çelsi”nin baş məşqçisi): “Beş dəfə 0:1 uduzmaqdansa, bir dəfə 0:5 uduzmaq yaxşıdı”.

 

Ronaldinyo (Braziliya yığmasının sabiq ulduz futbolçusu): “Mən yaraşıqlı deyiləm, amma hər şeyi yaraşıqlı edirəm”.

 

Andrey Arşavin (Rusiya yığmasının futbolçusu): “Messinin oyununa baxandan sonra düşünürəm ki, niyə futbol oynamağa gedim?”

 

Zlatan İbrahimoviç (İsveç yığmasının və PSJ-nin hücumçusu): “Zlatan olan yerdə Ronaldo və Messinin PSJ-də nə işi var?”

 

Bəhram Bağırzadə (tanınmış aktyor şoumen): “Bizimkilər futbol oynayır, bəs “Barselona”?