[b]22 ilin 13-cüsü[/b]
03.12.2015 - 16:11
[b]22 ilin 13-cüsü[/b]

2015-ci ili FİFA reytinq cədvəlində 117-ci komanda kimi başa vuran Azərbaycan millisi tarixinin 13-cü nəticəsini göstərib. Apasport.az saytının məlumatına görə, 1994-cü ildən tərtib edilən cədvələ elə həmin vaxtdan daxil edilən yığmamız ümumilikdə 22-ci dəfə yekun siyahıya düşüb.

 

İllər üzrə yekun cədvəllərdə ən yaxşı nəticəsi 2013-cü ilə təsadüf edən komandamız 2 il əvvəl planetin 94-cüsü idi. Ümumiyyətlə isə yığmamız 4 dəfə ili “100-lük”də tamamlayıb.

 

12 dəfə göstəricisi indiki 117-ci yerdən yaxşı olan millimiz yalnız 11 ili daha pis mövqedə bitirib. FİFA reytinqindəki antirekordumuz isə 1994-cü ilə təsadüf edir FİFA reytinqinin ilk ilini 147-ci, indikindən 30 pillə aşağıda tamamlayıb.

 

 

il

yer

1994

147

1995

141

1996

125

1997

123

1998

99

1999

97

2000

115

2001

113

2002

113

2003

119

2004

113

2005

114

2006

125

2007

115

2008

134

2009

114

2010

98

2011

112

2012

118

2013

94

2014

135

2015

117