“Qəbələ”nin futbolçusu Luis Paulo Hilario növbəti dəfə cəzalanıb. Apasport.az saytının məlumatına görə, əsas komandadan kənarlaşdırılıb əvəzedici heyətə göndərilən braziliyalı bu dəfə AFFA tərəfindən cəzalanıb.
Belə ki, qurumun İntizam Komitəsi əvəzedici heyətlərin çempionatının II turunun “Araz Naxçıvan”la oyununda rəqibi təhqir edən yarımmüdafiəçi ilə bağlı qərar verib. Bu üzdən Dodo kimi tanınan legioner 3 oyunluq cəzalanıb. Cənubi amerikalı klubunu da 1000 manat ziyana salıb.
Komitə “Xəzər Lənkəran” və “Sumqayıt”ın əvəzedicilərinin görüşündə baş verənləri də araşdırıb. Nəticədə “Gənclik şəhəri” təmsilçisinin baş məşqçisi Samir Abasov hakimləri təhqir etdiyinə görə 5 oyunluq kənarlaşdırılıb. Sumqayıt klubu 2500 manat cərimə olunub.
AZAL-la matçda 5 futbolçusu sarı vərəqə ilə cəzalanan AZAL-ın əvəzedici heyəti isə paytaxt klubunu 500 manat xərcə salıb.