Bolqarıstanın “Lokomotiv” klubunun futbolçusu Veselin Filipov karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, Plovdiv təmsilçisinin 24 yaşlı sağ cinah müdafiəçisi ölkəmizdən təklif alıb.
Ciddi maliyyə sıxıntıları ilə üzləşən “dəmiryolçular” maraq olan bütün futbolçularını satmaq niyyətindədi ki, Veselin də onlardan biridi. Axa xətt oyunçusuna Azərbaycan və Qazaxıstandan təkliflər var. Klub rəhbərliyi onun transferi üçün 300 min avro istədiyini də açıqlayıb.
Qeyd edək ki, əvvəllər Pomorye və Burqasın “Çernomorets” klublarında oynayan Filipov 2014-cü ilin yayından Plovdiv təmsilçisinin şərəfini qoruyur. Müdafiəçi vaxtilə ölkəsinin U-17 yığmasında da çıxış edib.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı