[b]Yenə Əmirquliyev...[/b]
11.10.2016 - 23:42
[b]Yenə Əmirquliyev...[/b]

DÇ-2018-in seçmə mərhələsinin Çexiya ilə səfər oyunu Azərbaycan millisinin futbolçusu Rahid Əmirquliyevin meydana kapitan sarğısı ilə çıxması ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi karyerasında ilk dəfə seçmə oyun zamanı matça kapitan kimi başlayıb.

 

Ümumilikdə isə Əmirquliyev 2-ci dəfə meydana bu funksiya ilə çıxıb. Onun ilk belə oyunu 329 gün öncəyə təsadüf edib. 2015-ci il noyabrın 17-də Bakı Olimpiya Stadionunda Moldova ilə yoxlama görüşündə (2:1) də kapitan Rahid olub.

 

O, 2 dəfə buna nail olanlar - Rauf Əliyev, Emin Ağayev, Mehman Yunusov və Vidadi Rzayevə çatıb.

 

Qeyd edək ki, yığmanın 24 illik tarixindəki 225 matçda 26 futbolçu meydana kapitan kimi çıxıb.

0