Bu gün Bakıda start götürən 17 yaşadək futbolçular arasında Avropa çempionatı sayca 34-cü turnir olacaq. Apapsort.az saytının məlumatına görə, əvvəlki 33 turnirin 19-u U-16, 14-ü U-17-lər arasında keçirilib.
1982-ci ildə start götürən yarışın tarixində 13 komanda çempion tituluna yiyələnib. İspaniya hamıdan çox – 8, Portuqaliya isə 5 dəfə qitə çempionu olub. Almaniyanın (AFR və ADR daxil olmaqla), Rusiyanın (SSRİ nəzərə alınmaqla) hərəyə 3, Fransa, Hollandiya, İngiltərə, Türkiyənin isə hərəyə 2 uğuru var. İtaliya, Çexiya (Çexoslovakiya nəzərə alınmaqla), Polşa, İsveçrə, İrlandiya 1 dəfə qızıl medal əldə edib.
Ümumilikdə isə 25 ölkə medal qazanıb. İspaniya 16 (8 qızıl, 5 gümüş, 3 bürünc), Almaniya 13 (3 qızıl, 6 gümüş, 4 bürünc) dəfə “üçlüy”ə düşə bilib.
|
il |
I yer |
II yer |
III yer |
|
1982 |
İtaliya |
AFR |
Yuqoslaviya |
|
1984 |
AFR |
SSRİ |
İngiltərə |
|
1985 |
SSRİ |
Yunanıstan |
İspaniya |
|
1986 |
İspaniya |
İtaliya |
SSRİ |
|
1987 |
İtaliya |
SSRİ |
Fransa |
|
1988 |
İspaniya |
Portuqaliya |
ADR |
|
1989 |
Portuqaliya |
ADR |
Fransa |
|
1990 |
Çexoslovakiya |
Yuqoslaviya |
Polşa |
|
1991 |
İspaniya |
Almaniya |
Yunanıstan |
|
1992 |
Almaniya |
İspaniya |
İtaliya |
|
1993 |
Polşa |
İtaliya |
Çexoslovakiya |
|
1994 |
Türkiyə |
Danimarka |
Ukrayna |
|
1995 |
Portuqaliya |
İspaniya |
Almaniya |
|
1996 |
Portuqaliya |
Fransa |
İsrail |
|
1997 |
İspaniya |
Avstriya |
Almaniya |
|
1998 |
İrlandiya |
İtaliya |
İspaniya |
|
1999 |
İspaniya |
Polşa |
Almaniya |
|
2000 |
Portuqaliya |
Çexiya |
Hollandiya |
|
2001 |
İspaniya |
Fransa |
Xorvatiya |
|
2002*** |
İsveçrə |
Fransa |
İngiltərə |
|
2003 |
Portiqaliya |
İspaniya |
Avstriya |
|
2004 |
Fransa |
İspaniya |
Portuqaliya |
|
2005 |
Türkiyə |
Hollandiya |
Xorvatiya |
|
2006 |
Rusiya |
Çexiya |
Almaniya |
|
2007 |
İspaniya |
İngiltərə |
Belçika və Fransa** |
|
2008 |
İspaniya |
Fransa |
Hollandiya və Türkiyə |
|
2009 |
Almaniya |
Hollandiya |
İtaliya və İsveçrə |
|
2010 |
İngiltərə |
İspaniya |
Fransa və Türkiyə |
|
2011 |
Hollandiya |
Almaniya |
Danimarka və İngiltərə |
|
2012 |
Hollandiya |
Almaniya |
Gürcüstan və Polşa |
|
2013 |
Rusiya |
İtaliya |
Slovakiya və İsveç |
|
2014 |
İngiltərə |
Hollandiya |
Portuqaliya və Şotlandiya |
|
2015 |
Fransa |
Almaniya |
Belçika və Rusiya |
* - AÇ-1987-ci ildə İtaliyanın çempionluğu nəzərə alınmayıb.
** - AÇ-2007-ci ildən III yer uğrunda matç keçirilmir.
*** - AÇ-2002-yə qədər U-16, sonra isə U-17-lər mübarizə aparır.