“Stok Siti” klubunun hücumçusu Piter Krauç Premyer Liqa tarixində rekord müəyyənləşdirib. Apasport.az saytı xəbər verir ki, 36 yaşlı forvard buna İngiltərə çempionatının XII turunda “Brayton”la matçda (2:2) nail olub.
Söhbət Krauçun meydana sonradan daxil olmasından gedir. Bununla təcrübəli forvard Premyer Liqada əvəzetmədən oyuna qoşulduğu matçların sayını 143-ə çatdırıb.
O, “Brayton”la görüşdə Xerdan Şaqirini əvəzləyib.
Qeyd edək ki, İngiltərə yığmasının sabiq üzvü karyerası ərzində “Tottenhem”, “Kuinz Park Reyncers”, “Portsmut”, “Aston Villa”, “Norviç Siti”, “Sauthempton” və “Liverpul” klublarının da formasını geyinib.